Dayanacaqdakı piyadaları maşın vurdu - Ölən var

25 İyul 2018 13:18 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir yolunda, Çiyni kəndinin avtobus dayanacağında qeydə alınıb.

Kürdəmir sakini, 1961-ci il təvəllüdlü Xəlilov Hamlet Əlisəfa oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı dayanacaqda avtobus gözləyən iki nəfər Gəncə sakinini, 1965-ci il təvəllüdlü Əliyev Edvard Fəxrəddin oğlunu və 45 yaşlı Babayev Alim Nəsib oğlunu vurub.

A. Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Edvard Əliyev isə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az