31 yaşlı kişi kanalda boğuldu

25 İyul 2018 14:51 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Piriqulu Samir Yavər oğlu Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisində su kanalında çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az