Türkiyə yeni hərbi xidmət sistemi yaradacaq - Ərdoğan

25 İyul 2018 16:18 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğanın sözlərinə görə, yeni hərbi xidmət sistemi Türkiyə ordusunun hərbi gücünü artıracaq.

Türkiyəli lider qeyd edib: "Türklər döyüşkən xalqdır və ordu bizim xalqın əsas atributlarından biridir".

Ödəniş müqabilində hərbi xidmətdən azad olunmaq haqqında səsləndirilən təklifə münasibət bildirərkən isə R.T.Ərdoğan deyib ki, ödəniş müqabilində hərbi xidmətdən tam azad olunmaq barədə söhbət belə gedə bilməz.

AzNews.az