Pakistanda törədilən terror aktını İŞİD törədib

25 İyul 2018 16:46 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu gün Pakistanda keçirilən parlament seçkilərinə mane olmaq üçün törədilən terror aktında son məlumata görə 31-dən çox insan həlak olub, 40-dan artıq yaralı var.

Pakistan mətbuatının yaydığı məlumata görə, partlayışı terrorçu-kamikadze şəhərdəki seçki məntəqələrinin birinin yaxınlığında törədib. Həlak olanlar arasında beş polisin olduğu da bildirilir.

AzNews.az