Bakıda tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb - Nazirlik

25 İyul 2018 16:54 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AzNews.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd olunub ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.