Arvadı oyun həvəskarı olan ərini ürəyindən bıçaqladı

25 İyul 2018 17:31 (UTC+04:00)

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Kostromskiy vilayətində 34 yaşlı kişini 38 yaşlı həyat yoldaşı ürəyindən bıçaqlayaraq öldürüb. Cinayətə kişinin oyun həvəskarı olması səbəb olub.

Cütlük kişinin bütün günü kompüterdə oyun oynamasına görə mübahisə edib. Bu zaman qadın bıçağa əl ataraq kişini ürək nahiyəsindən bir neçə dəfə bıçaqlayıb.

Hadisə 9 yaşlı qızlarının gözü qarşısında baş verib. 38 yaşlı qadın cinayəti etiraf edib, onu 15 ilədək həbs gözləyir. Ailənin 2 azyaşlı uşağının olduğu qeyd edilir.

AzNews.az