Bütün mobil qurğular üçün universal USB

25 İyul 2018 17:41 (UTC+04:00)

AZƏRTAC “ilenta.com” saytına istinadla xəbər verir ki, “Xiaomi” şirkətinin istehsalı olan universal kabelin bir tərəfi “Micro-USB”, “USB-C” və “Lightning” konnektorlarına malikdir, digər tərəfi isə USB-dir. Aksesuar “Android” sisteminin idarəetməsi altında işləyən cihazların bir çoxunu və “iPhone 5”dən başlayaraq “iPhone” smartfonlarını enerji ilə doldura bilər.

Kabelin uzunluğu 1 metr təşkil edir. Bu kabellə “Apple” şirkətinin istehsalı olan smartfonları enerji ilə doldurmaq mümkündür, çünki “Xiaomi”nin universal USB kabeli “Apple MFi” sertifikatını alıb.

AzNews.az