“Nar” yeni dizaynlı mağazasını təqdim etdi

25 İyul 2018 18:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mağazada “Nar” nömrələrin satışı ilə yanaşı, “Nar” nömrələrin sifarişi və zədələnmiş “Nar Kart”ların yüklənməsi kimi xidmətlər həyata keçirilir. “Nar” abunəçilərinə rahat və keyfiyyətli müştəri xidmətləri göstərmək üçün mağaza mobil operatorun brend qaydalarına uyğun təmir olunub və artıq fəaliyətə başlayıb. Qeyd edək ki, mağaza həftənin bütün günləri, saat 10:00-19:00 arası işləyir.

“Nar” mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az/map

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.