4 prokuror niyə məsuliyyətə cəlb olunub?

25 İyul 2018 20:38 (UTC+04:00)

AzNews-un məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda 2018-ci ilin birinci yarısının yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb olunmuş prokurorluq əməkdaşlarından biri tutduğu vəzifədən azad edilib.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.