Ağdaşda 19 yaşlı oğlan özünü güllələyib

25 İyul 2018 20:50 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu yaşadığı kənddə yerləşən gölün kənarına gedərək orada özünə ov tüfəngindən atəş açıb. Ağız və çənə nahiyəsindən güllə yarası alan Əvəz Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.