Stolüstü tennisçilərimiz Rumıniyadan 4 medalla qayıdır - Foto

25 İyul 2018 21:01 (UTC+04:00)

Azərbaycan Stolüstü Tennis Federasiyasından AzNews-a verilən məlumata görə, qızlardan ibarət yığma komanda hesabında I yer tutaraq qızıl medalın, qoşa oyunlarında isə oğlan və qız idmançılarımız II yer tutaraq gümüş medalın sahibi olublar.

Şəxsi oyunlarda Azərbaycan stolüstü tennisçisi Ning Jing I yer tutaraq ikinci dəfə gənclərin Avropa çempionu titulunu qoruyub.

Qeyd edək ki, bu, tennisçilərimizin indiyədək göstərdiyi ən yüksək nəticədir.

Stolüstü tennisçilərimiz bu gün səhər Vətənə qayıdıblar.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan yığmasını Stolüstü Tennis Federasiyanının nümayəndələri, idmansevərlər qarşılayıblar.