Marsda su hövzəsi tapıldı

25 İyul 2018 21:15 (UTC+04:00)

Aznews.az bildirir ki, BBC Türkcə”-nin xəbərinə görə, bu kəşf, Yerdən 55 milyon km. uzaqda dövr edən əsrarəngiz “Qırmızı planet”də olan maye haldakı ən böyük su kütləsidir. Əvvəlki araşdırmalar suyun həmin planetdə mövsümi şəkildə olduğunu göstərirdi.

Lakin sonuncu kəşf onu təsdiq edir ki, Marsda daimi su mövcüddur. Sözü gedən su kütləsi buzun altında və təxminən 20 kilometrlik bir ərazidə yerləşir. İtalyan araşdırmaçılara məxsus olan bu kəşf barədə Romada xüsusi mətbuat konfransı keçirilib və müəlliflərinin elmi məqaləsi ABŞ-ın məşhur “Science” jurnalında çap olunub. Mars indi soyuq və quru olsa da, keçmişdə isti və nəm idi. 3.6 milyard il əvvəl Qırmızı Planetdə maye halında böyük dəryalar var idi. Lakin hazırda kəşf edilən su buz qatının 1.5 km. altında olduğundan içiləsi deyil.

Bütün bu kəşfləri etmək üçünsə Avropa Kosmik Agantliyinin Mars Express peykindəki “Marsis” adlı radar sistemindən istifadə edilib.'

Çormağan