İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib

25 İyul 2018 22:01 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Bu gün İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirir”, məlumatda deyilir.

Digər məlumatda deyilir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.