Suriyada silsilə terror nəticəsində ölənlərin sayı 180-ə çatdı

25 İyul 2018 23:10 (UTC+04:00)

"Publika" xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə yerli hospitaldakı mənbə bildirib.

“Biz qurbanların son sayını açıqlaya bilmirik. Hazırda 180 ölü və 178 yaralı qeydə alınıb”, -xəstəxananın əməkdaşı deyib.

Daha əvvəl 150 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, bu gün səhər bir neçə kamikadze Es-Suveyda şəhərində terror aktı təşkil edib. Onlardan biri şəhərin tərəvəz bazarında partlayıcı qurğunu işə salıb. Daha birini yerli sakin tutub, ancaq döyüşçü özünü partlada bilib.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Həmçinin, İŞİD döyüşçüləri eyni adlı əyalətin şərqində bir neçə kəndə hücum edib, ancaq hücum ordu qüvvələri və yerli sakinlər tərəfindən dəf edilib.