21 yaşlı xanım bıçaqlandı

26 Mart 2013 10:52 (UTC+04:00)
Bakıda 21 yaşlı qadın bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Röya Həmid qızı Baxışova naməlum şəxslər tərəfindən bıçaqlanıb.Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az