“Azərişıq” ASC-nin tabeliyində yeni idarə yaradılıb

25 İyul 2018 23:30 (UTC+04:00)

APA-nın məlumatına görə, dəyişikliklər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) ilə bağlıdır.

Dəyişikliyə əsasən Sabirabad və Saatlı rayon elektrik şəbəkələri Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (İmişli), Şirvan, Hacıqabul, Salyan, Neftçala rayon elektrik şəbəkələri Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (Şirvan) tərkibindən çıxarılıb. Qərara əsasən Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) yaradılıb və Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri bu idarənin tərkibinə verilib.