Atası və qardaşını bıçaqladı

26 İyul 2018 09:34 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Nərimanov küçəsində qeydə alınıb.

28 yaşlı Mehdiyev Anar Bayram oğlu və 53 yaşlı Mehdiyev Bayram İsa oğlu yaşadıqları evdə mübahisə zəminində xəsarət alıb.

Hər iki şəxs ailənin kiçik oğlu (adı açıqlanmır) tərəfindən bıçaqlanıb.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az