Sürücülərə xəbər var

26 İyul 2018 11:01 (UTC+04:00)

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından "Stend Atıcılığı" idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə məlumatda vurğulanıb.

AzNews.az