“Jara”ya pulsuz getmək olacaq

26 İyul 2018 11:06 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, təşkilat komitəsi məsafənin uzaqlığını nəzərə alaraq festival izləyicilərini məkana aparmaq üçün nəqliyyat vasitələri ayırıb.

Bu barədə “Jara”nın instaqram səhifəsində məlumat verilib. Qeyd olunur ki, üzərində “Zhara” yazılan nəqliyyat vasitələri saat 16:00-dan 18:00-dək Səməd Vurğun parkının qarşısından 10 dəqiqə fasilə ilə hərəkət edəcək.

Eyni zamanda bildirilir ki, festivaldan sonra da tamaşaçılar ödənişsiz olaraq həmin maşurut xətti ilə geri qayıda biləcəklər.

AzNews.az