Təyyarə də yoxa çıxdı, nazir də...

26 İyul 2018 11:32 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Luis Qneytenlə köməkçisi Visente Ramiresin olduğu ikimotorlu yüngül təyyarə ilə əlaqə itib.

Bildirilir ki, Ayolas şəhərindən qalxan Baron BE58 1 saat ərzində paytaxt Asunsona enməli olsa da, ondan xəbər almaq mümkün olmayıb. Təyyarənin göyərtəsində Qneytenlə köməkçisinin və 2 pilotun olduğu qeyd edilir. Xilasedicilər onların axtarışını aparır.

AzNews.az