Trampdan Avropa vədi

26 İyul 2018 11:40 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Yunker Trampın bu addımını “iri konsessiya” adlandırıb. Tramp və Yunker bildiriblər ki, danışıqlar həm də Avropa tərəfindən rüsumlar tətbiq edilməsinə cavab kimi, polad və alüminium idxalı üçün Amerikada tariflər məsələsinin “həllinə” yönəldiləcək. Bu, amerikalı metal istehsalçıları üçün Trampın proteksionizm siyasətindən geri çəkilmək olacaq. Tramp deyib ki, Avropa ABŞ-dan maye təbii qaz alınmasının həcmini artırmağa və amerikalı soya istehsalçıları üçün ticarət maneələrini azaltmağa razılaşmaqla, ABŞ fermerlərinə və bu ölkənin enerji sektoruna kömək etmiş olacaq.

AzNews.az