Bu gün daha bir imtahan var - Bu dəfə müəllimlər üçün

26 İyul 2018 11:45 (UTC+04:00)

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 25-də Azərbaycan dili və ədəbiyyat üzrə işə qəbul imtahanlarında 3518 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb.

Test imtahanları iyulun 31-də başa çatacaq.

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

AzNews.az