38 yaşlı futbolçu “Çelsi”də

26 İyul 2018 12:55 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, London təmsilçisi İngiltərə milli komandasının keçmiş üzvü Robert Qrini rənglərinə bağlayıb. 38 yaşlı qapıçı ilə 1 illik sözləşmə imzalanıb.

Qrinin son klubu "Haddersfild" olub. O, ötən mövsüm komandasının heç bir rəsmi oyununda iştirak etməyib.

İngiltərə millisinin heyətində 12 oyun keçirən Qrin, "Norviç" klubunun yetirməsidir. O, karyerası ərzində "Vest Hem", QPR və "Lids" kimi komandalarda forma geyinib.

Qeyd edək ki, "zadəganlar"ın əsas qapıçısı Tibo Kurtuanın Madridin "Real" klubuna üz tutacağı gündəmdədir.

AzNews.az