Ancelina Coli Konqoda

26 Mart 2013 11:20 (UTC+04:00)


Dünyaca məşhur aktrisa və xeyriyyəçi Anjelina Coli Konqo Respublikasına gedib. Konqonun Qoma şəhərinə gələn aktrisa qaçqın və məcburi köçkün olan qadınların məskunlaşdığı düşərgədə olub. Ancelina Colini Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq müşayiət edib.

"Biz problemin artmasının qarşısını almaq üçün buradayıq. Hər müharibədə cinsi zorakılıq hallarına rast gəlirik, bunu bilirik və buna yol verməli deyilik, çünki biz qadınlar buna layiq deyilik",-deyə Ancelina Coli bildirib.


Aynur Hüseynova
AzNews.az