ABŞ yenidən Şimali Koreyanı ittiham edib

26 İyul 2018 14:22 (UTC+04:00)

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dövlət katibi Mayk Pompeo rəsmi Pxenyanın nüvə silahları üçün parçalanma materiallarının istehsalını davam etdirdiyini bildirib.

Bu barədə Pampeo Senatın Beynəlxalq Əlaqələr Komitəsinin qarşısında demokrat Ed Markinin sualını cavablandırarkən qeyd edib.

Senatorun Şimali Koreyanın hələ də nüvə silahında istifadə olunacaq yanacaq istehsalını davam etdirməsi ilə bağlı suala:

“Bəli, bu, doğrudur. Onlar nüvə silahları üçün parçalanma materiallarının istehsalını davam etdirir” - Pampeo cavab verib.

Bu parçalanma materialları nüvə silahlarının əsas yanacağı qismində istifadə olunur.

Lakin dövlət katibi bu mövzuda digər sualları cavablandırmaqdan imtina edib. Onun sözlərinə görə bu növ suallara qapalı məkanda cavab verə bilər. Bu barədə bəyanatların çətin danışıqlarda problemlər yarada biləcəyini bildirib.

Pompeo ABŞ-ın Şimali Koreyaya qarşı “səbirli diplomatiya” tətbiq etdiklərini, amma “sonsuza qədər” sürməsinə imkan yaratmayacaqlarını qeyd edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bundan əvvəl qapalı görüşlərin təfərrüatlarının açıqlanmasının gələcək görüşlərə xələl gətirə biləcəyini bəyan edib.

AzNews.az