Çimərlikdə gözlənilməz olay

26 İyul 2018 15:50 (UTC+04:00)

“Qafqazinfo” “Newsru.co.il.” nəşrinə istinadən xəbər verir ki, Qofra çimərliyində turistlərin istirahət etdiyi bir vaxtda suya iki raket düşüb. Anomal olay nəticəsində xəsarət alan olmayıb.

İsrail hava hücumunun Suriya tərəfindən edildiyini bəyan edərək hava həyəcanı siqnalı verib. Polislər və hərbçilər dalğıcların köməyi ilə xüsusi texnika vasitəsilə raketlərin axtarışına başlayıblar.

AzNews.az