Mübariz İbrahimovun həyatından bəhs edən filmin çəkilişləri dayanıb - Səbəb

26 İyul 2018 16:17 (UTC+04:00)

Bu barədə AzNews.az-a layihənin sözçüsü məlumat verib. Onun sözlərinə görə, “Siyah sancak: Mübariz” filminin maliyyə dəstəyi ancaq görülən işlər üçün hesablanıb:

“Əldə olan maliyyə planlanmış işlər üçün xərcləndiyindən ortaya çıxan ekstra xərcləri qarşılamaqda doğurdan da ciddi şəkildə çətinlik çəkirik. Qrupların yerləşdirilməsi, günlük yaşam ehtiyacların hamısı da bu vəsaitə bağlı olanda belə hallar olur. Ümid edirik ki, bu filmin çəklişlərində lazım olan dəstək vətənsevər vətəndaşlardan gələcək. Bizim məqsədimiz pul qazanmaq deyil, böyük işlər görməkdir. Bu film bütün Türk dünyasının qəhrəmanı haqqında balladadır”.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Siyah sancak: Mübariz” adlı filmin çəkilişlərinə başlanılıb. Çəkiliş Türkiyənin HUN media şirkəti tərəfindən aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az