Piyadanı vurub qaçan sürücü tutuldu

26 İyul 2018 17:04 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu, Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.