Koçaryan Xüsusi İstintaq Xidmətində ifadə verir

26 İyul 2018 17:24 (UTC+04:00)

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Marina Ohancanyan deyib.

Bildirilib ki, Koçaryan istintaqın video-lentə alınmasını istəyib. Mətbuat katibinin sözlərinə görə, R.Koçaryanın ifadəsi cinayət işinə əlavə ediləcək: “Ancaq, bu, videoyazının yayılacağı demək deyil”.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı dindirilir. Həmin tarixdə seçkinin nəticələrinin Serj Sarkisyanın xeyrinə saxtalaşdırlmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya güc tətbiqi ilə yatırılıb. Nəticədə 10-dan çox dinc askiya iştirakçısı öldürülüb.

AzNews.az