Azərbaycan - Portuqaliya qarşılaşması bu gün olacaq

26 Mart 2013 11:40 (UTC+04:00)

Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki altıncı oyunudu. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Elə 2013-cü ildəki ilk rəsmi oyunumuzda – Lüksemburqla səfər oyununda da heç-heçə (0:0) qeydə alındı. Göründüyü kimi, yığmamız bu oyunda ilk qələbəsini rəsmiləşdirə bilərdi. Bu, nə qədər müşkül görünsə də, hər halda mümkünsüz də sayılmamalıdı. Potuqaliya ilə hətta heç-heçə də edə bilsək, bu, bir uğur sayıla bilər.

DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
26 mart

21:00.
Hakimlər: Andre Marriner, Simon Peter Bennett, Stüart Burt, Entoni Teylor (hamısı İngiltərə).

AzNews.az