“Türkiyəyə kimsə əmr verə bilməz” = ABŞ-a sərt reaksiya

26 İyul 2018 21:50 (UTC+04:00)

Publika.az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Çavuşoğlu bildirib ki, Türkiyəyə kimsə əmr verə bilməz.

“Hüquq qaydaları hər kəs üçün keçərlidir”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Qeyd edək ki, Donald Tramp və Mayk Pens bir-birinin ardınca Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar verib.

Pens amerikalı rahib Andrey Kreyk Brunsonun tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacağını bildirib.

Analoji bəyanatla daha sonra ABŞ prezidenti çıxış edib.

Xatırladaq ki, Türkiyə FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib Andrey Kreyk Brunsonu azad edib. İyulun 26-da İzmir 2-ci Ağır Cəza Məhkəməsi 35 il həbsi istənilən rahibin ev həbsinə qərar verib.

Eyni zamanda onun ölkə xaricinə çıxması qadağan edilib.