Sumqayıtda qayınata gəlini tərəfindən döyülüb

26 İyul 2018 23:40 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin birləşmiş məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1936-cı il təvəllüdlü Dadaşov Mirağa İbad oğlu yaşadığı 7-8-12 birləşmiş məhəllədə ailə münaqişəsi zamanı öz gəlini tərəfindən döyülüb.

Yaşlı kişi ağır zədələrlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.