Ronaldo İspaniya vergi orqanlarına 19 milyon avro ödəyəcək

26 İyul 2018 23:59 (UTC+04:00)

"Report" "EFE" agentiyinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu pul cəzasını ödəməyi qəbul etdiyi üçün həbs olunmayacaq.

Portuqaliyalı forvard faiz və məhkəmə xərcləri ilə birgə İspaniya xəzinəsinə 19 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınıb. 2009-cu ildən "Real Madrid"də çıxış edən Ronaldunun iyulun 10-da "Yuventus"a transferi açıqlanıb.