Meksika polisi Türkiyə səfirliyinin katibini axtarır

27 İyul 2018 09:22 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Milliyyətcə türk olan 29 yaşlı qadının iyulun 2-dən itkin düşdüyü bildirilsə də, səfirliyin müşaviri məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarına yalnız iyulun 25-də müraciət edib.

İtkin düşən qadın səfirlikdə ikinci katib vəzifəsində çalışıb.

AzNews.az