Hacı Nuran Bakıya qayıtdı - Foto

27 İyul 2018 10:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Almaniyada müalicəsini yarımçıq qoyan Hacı Nuran Bakıda keçirilən “Jara” musiqi festivalında iştirak edib.

Qeyd edək ki, bir müddət bundan öncə “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynovun səhhəti qəfil pisləşib. Ağ ciyərində xərçəng aşkarlanan aparıcı təcili olaraq Almaniyaya aparılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az