AzNews.az “Güncel Manşet”ə istinadən xəbər verir ki, Ankara, xüsusilə, Çankaya bölgəsində “piştaxtada çörək layihəsi” başlatdığını bildirən Baxçalı imkanlı şəxslərin çörək aldığı zaman bir ədəd əlavə alaraq dükanlardakı xüsusi rəflərə qoyulmasını irəli sürüb. Bu vəziyyətdə maddi durumu yaxşı olmayanlar çörək dükanlarındakı xüsusi piştaxtalardan pulsuz çörək götürə biləcəklər.
Türk mədəniyyətinin birlik və yardımlaşma tərəflərini ön plana çəkən partiya sədri “qonşusu ac olub özü tox yatan bizdən deyil” inancına uyğun davranılmasını gərəkdiyini vurğulayıb.
D.Baxçalı jurnalistlərin kampaniyanın başlanması ilə bağlı sualını isə “gərəkli təlimatları vermişik” - deyə, cavablandırıb.
Nurlan Ağa