ABŞ Türkiyə-Rusiya münasibətlərini qısqanır - Ərdoğan

27 İyul 2018 11:45 (UTC+04:00)

Trend-in məlumatına görə, belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə ilə Rusiya bütün sahələrdə bir-birinə dəstək göstərir.

Türkiyəli lider əlavə edib: "Hazırda Türkiyə və Rusiya arasında münasibətlərdə heç bir problem yoxdur. Ölkələr arasında ticarət dövriyyəsi də artır".

Türkiyə Prezidenti vurğulayıb ki, iki ölkə arasında münasibətlər daha da möhkəmlənəcək.

AzNews.az