Məşhur futbolçu cərimələndi - 11 milyon avro

27 İyul 2018 12:22 (UTC+04:00)

AZƏRTAC Madrid klubunun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu 11,65 milyon avro məbləğində cərimələnib.

2014-cü ildə “Real Madrid” klubuna transfer olunandan sonra İspaniyaya köçən kolumbiyalı yarımmüdafiəçi 6,35 milyon avro məbləğində vergini ödəməkdən yayındığı üçün ona belə ağır cəza verilib.

Vergi müfəttişliyi iddia edir ki, futbolçu tam həcmdə vergi ödəməlidir. Çünki onun iqtisadi fəaliyyətinin çox hissəsi İspaniya ilə bağlıdır.

AzNews.az