Ən “ağıllı” səsli köməkçi funksiyası açıqlandı

27 İyul 2018 13:02 (UTC+04:00)

AZƏRTAC “belta.by” resursuna istinadla xəbər verir ki, testdə “Google Assistant”, “Siri”, “Alexa” və “Cortana” funksiyaları iştirak edib. Hər yardımçı funksiyaya 5 müxtəlif kateqoriya üzrə 800 sual verilib: ticarət, naviqasiya, lokal xüsusiyyətlər, informasiya və komandalar.

Məlumata görə, düzgün cavablara görə lider “Google Assistant” (85,5 faiz düzgün cavab) seçilib. İkinci yerdə “Siri” (78,5 faiz) qərarlaşıb. Sonuncu mövqelərdə “Alexa” və “Cortana” (61,4 və 52,4 faiz) funksiyaları yer alıb.

Şirkət əməkdaşlarının sözlərinə görə, ən keyfiyyətli sorğu informasiyasını “Google” səsli köməkçisi (93 faiz düzgün cavab) təqdim edir, “Siri” isə komandaları daha yaxşı yerinə yetirir (90 faiz).

AzNews.az