Rus səfirin öldürülməsi ilə bağlı yeni həbs

27 İyul 2018 13:12 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara polis bölməsi tərəfindən tutulmuş keçmiş məmur Üfüq G. idarədəki proseslərin ardından məhkəməyə göndərilib. O, istintaqı aparmış Cümhuriyyət müstəntiqi Adəm Akıncıya iddiaları qəbul etmədiyini bildirib, lakin məhkəmə zamanı “terror qruplaşması üzvü” olaraq həbs edilib.

Belə ki, FETÖ (Fetullahçı Terör Örgütü) nümayəndəsi olmadığını qeyd etmiş keçmiş polisin 17-25 dekabr müddətindən sonra qrupla bağlantılarını kəsdiyini dediyi məlum olub. Həmçinin Üfüq G. ilə sui-qəsd törətmiş Mövlud Mərd Altıntaşın eyni polis məktəbindən məzun və “qrup rəhbəri”nə bağlı olduqları haqqında bilgi də qeydə alınıb.

Nurlan Ağa