Elektrik avadanlıqları oğurlandı

26 Mart 2013 12:09 (UTC+04:00)
Bakıda ticarət mərkəzinin tikinti sahəsindən xeyli miqdarda elektrik avadanlığı oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 24-də Səməd Vurğun küçəsində yerləşən "Yasmin" ticarət mərkəzinin tikintisindən 7 min manat dəyərində elektrik avadanlığı oğurlanıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Nəbiyev və Tovuz rayon sakini Ədalət Nağıyev martın 25-də tutulublar.

AzNews.az