Xəzəri Ermənistan da çirkləndirir

27 İyul 2018 14:28 (UTC+04:00)

Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttarzadə qurumun mətbuat konfransında verib. O bildirib ki, Xəzərə daxil olan tullantı sularının 60%-i Volqa çayının payına düşür:

“Dənizin çirklənməsində Araz və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan çirkli sular Kür çayı vasitəsilə Xəzərə axıdılır. Monitorinqlər zamanı Xəzər dənizinə tökülən 224 axar qeydə alınıb. Bu axarlar vasitəsilə dənizə gündə 1850 min kubmetr tullantı suları axıdılır”.

AzNews.az