Canavarlar kəndə hücum etdi - Bir sürü qoyunu...

27 İyul 2018 14:32 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.

Kənd sakini Zöhrab Pənah oğlu Nəsurovun həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında canavarlar hücum edib. Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb və 15 başa yaxşın qoyunu isə yaralayıb.

Rayon Baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardımlar göstəriblər.

Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyirlər.

AzNews.az