“Avropa Birliyindən pul ummuruq” - Rasim Musabəyov

27 İyul 2018 15:08 (UTC+04:00)

Milli Məclisin üzvü Rasim Musabəyov AzNews.az-a açıqlamasında bildirib ki, səfər zamanı Şərq Tərəfdaşlıq proqramı əsasında qarşılıqlı müəyyən öhdəliklərimiz və onların icrası müzakirə olunacaq:

“Aİ ilə cürbəcür sahələrdə əməkdaşlığımız var. Energetika sahəsində çox böyük qarşılıqlı əməkdaşlığımız var. O ki qaldı Azad Ticarət Assosativ üzvlük məsələsinə, Azərbaycan buna maraq göstərməyəcək. Çünki hal-hazırda Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqla bağlı yeni sənəd üzərində işləyir.”

Deputat deyib ki, danışıqların intensivləşməsi regionda olan digər dövlətlərin təpkilərinə rəvac verməməlidir:
“Hansı təpkilər? Kim Azərbaycana təpki göstərə bilərlər ki? Təpki göstərərlər o ölkəyə ki, gedib əməkdaşlıq üçün qapılarda yatır, maddi yardım dilənir. Şükürlər olsunki biz AB-dən heç bir yardım ummuruq.”

Pərvanə Ağazadə