Azərbaycan alimlərinin uğuru - Yaponları geridə qoydular

27 İyul 2018 16:45 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərkosmos”ASC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) birgə görüşündə məlumat verilib.

Görüşdə SETM-in 2№ li laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanmasına dair təqdimatla çıxış edib. F.Əhmədov 2015-2016-cı illərdə tərəflərindən təklif olunan quruluş əsasında Koreyanın NanoFab mərkəzində MSFD fotodiodların yeni nümunələrinin hazırlandığını deyib. Qeyd edib ki, bu fotodiodlar Yaponiyanın Hamamatsu şirkətinin son model məhsulları ilə müqayisə olunub və üstünlüyü ilə seçilib. Bir sıra xarici ölkələrin təqdiqat mərkəzləri və istehsal şirkətləri tərəfindən maraqla qarşılanıb.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcəkdə bu qəbildən məhsulların hazırlanması istiqamətində “Azərkosmos”ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb.

AzNews.az