Şirvanda 3 otaqlı ev yanıb

27 İyul 2018 19:48 (UTC+04:00)

FHN-dən AzNews-a verilən məlumata görə, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının atma taxtaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.