Hadisə: “Mübariz Mənsimov sevgilim deyil“

26 Mart 2013 12:24 (UTC+04:00)
Türk müğənni Hadisə məşhur azərbaycanlı milyarder Mübariz Mənsimovun ad günündə səhnəyə çıxıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, "Palmali" şirkətlər qrupunun sahibi Mənsimov, sadəcə, yaxın dostlarını dəvət etdiyi ad gününü Bodrumdakı "Hilton" otelində keçirib. Ad gününə media mənsubları buraxılmayıblar.

Hadisə adının azərbaycanlı milyarderin sevgilisi kimi çəkilməsinə etiraz edib.

"Onu yaxşı tanıyıram və otelinin də açılış mərasimində səhnəyə çıxmışdım. Təbii ki, danışırıq, söhbətləşirik. Lakin hər danışdığım adamla sevgi münasibətimin olduğunu iddia etməyin anlamı yoxdur. Tarkan barədə də "Çox yaraşıqlıdır" dedim. Onunla da sevişdiyim deyildi. Əgər aramızda münasibət olarsa, bilin və əmin olun ki, gizlətmərəm. Çünki subayam və kimsəyə də verəcək hesabım yoxdur. Bir daha deyirəm ki, mən onun sevgilisi deyiləm", - Hadisə deyib.

AzNews.az