Abşeronda maşınla vurulan piyada xəstəxanada ölüb

27 İyul 2018 20:40 (UTC+04:00)

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 26-da saat 1 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Sərvər Xəlilli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Filman Abdullayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.