Hindistanda leysan yağışlar 27 nəfərin ölümünə səbəb olub

27 İyul 2018 22:11 (UTC+04:00)

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, daha 12 nəfərin xəsarət aldığı bildirilir.

Məlumata əsasən, şiddətli yağıntılar çaylarda suyun səviyyəsini kəskin artırıb, daşqınlar nəticəsində bir çox yaşayış evləri dağılıb. Təbii fəlakətlə əlaqədar Uttar-Pradeş ştatında xilasedici əməliyyat başlayıb.

Hindistan Meteoroloji Xidməti ölkənin şimalında leysan yağışların davam edə biləcəyinə dair xəbərdarlıq yayıb.

AzNews