Ərdoğan Almaniyaya gedir

28 İyul 2018 09:47 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə Bild qəzeti Almaniya və Türkiyədəki hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2014-cü ildən bu yana Ərdoğanın prezident kimi Almaniyaya ilk səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Nəşr qeyd edir ki, hələki səfərin dəqiq tarixi açıqlanmır, lakin bildirilir ki, Türkiyə lideri artıq sentyabrın sonunda Almaniyaya gedə bilər. Səfər zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayer və digər hökumət nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

AzNews.az